Download Video and Audio from YouTube

Loading...

Bu ağac dünyanı xilas edə bilər

19,826 views 434 13

Dünyadakı istənilən ağacdan 10 qat və daha çox karbondioksid udan, yüksək səviyyədə oksigen istehsal edən Kiri ağacı təbiətə böyük qatqı verə bilər. “Kiri” sözü yapon dilində kəsmək mənasına gəlir. Budandığı zaman daha yaxşı və tez böyüdüyü üçün bu ad verilib. Ağacın uzunluğu 9 metri keçir. Aprel, ya da may ayında dadlı, qoxulu çiçəklər açır. Yarpaqları protein və nitrogen baxımından zəngindir. Çiçəkləri də salatlara ləzzətli dad verir. Arılar da bu ağacın çiçəklərini çox sevir. Ağacın əsas xüsusiyyətlərindən biri də, həddən artıq çirklənmiş torpaqda və suda asanlıqla yetişməsidir. Bundan başqa, o, tez yetişir və sürətlə böyüyür. Hətta bu xüsusiyyətinə görə o, dünyada ən sürətli böyüyən ağacdır. Toxumdan yetişən 8 illik ağac, 40 illik meşə ağacı ilə eyni boydadır. Ağacın bu xüsusiyyətindən artıq yaralanmaq istəyənlər var. Texasda “Kiri inqilabı” proektinə rəhbərlik edən Şris Sanders və Brittani Turne, ABŞ-da bu ağacdan 1 milyon ədəd əkməyi planlaşdırıb.

Comments